"Lokomotiv" "SWM Motors" avtomobil markası ilə müqavilə imzaladığını açıqlayıb.
 
Matc.az xəbər verir ki, rəsmi təqdimat 21 mart 2024-cü ildə baş tutub. Avtomobil markası tərəfindən müqaviləni “Shineray Group Co Ltd”nin sədr müavini Xie Yun, futbol klubu tərəfindən isə baş direktor Vladimir Leonçenko imzalayıb.
 
Tədbirdə oyunçular Guilherme və Rifat Jemaletdinov da iştirak edib, onlar yeni partnyorları ilə söhbət edib, avtoqraf verib və avtomobillərə qiymət veriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest