28 Mart 2024, 21:52
FUTBOL
"Venesiya"nın idman direktoru Davide Brandolin bildirib ki, yarımmüdafiəçi Denis Çerışev gələn yay azad agent olacaq.
Matc.az xəbər verir ki, o, futbolçu ilə sözləşmənin yeniləməyəcəyini bildirib:
"Müqavilədə lazım olan şərt ödəndikdə avtomatik yenilənməni nəzərdə tutan bənd var. Bu şərt yerinə yetirilmədiyi üçün Çerışev iyulun 1-də azad agent olacaq".