“Liverpul” yeni baş məşqçi axtarışlarını davam etdirir. Matc.az xəbər verir ki, Premyer Liqa klubu “Bayer”in baş məşqçisi Xabi Alonsonun keçidindən imtina edib.

Çünki “qırmızılar” ispaniyalı mütəxəssisin komandanın “sükanı arxası”na keçməkdə həvəssiz olduğunu düşünür. Onların fikrincə, Alonsonun əsas hədəfi “Real”a rəhbərlik etməkdi. Bu üzdən “Liverpul” rəhbərliyi onunla danışıq apararaq vaxt itirmək istəmir. Hazırda mütəxəssislə “Bavariya” da maraqlanır.

“Mersisaydlılar”ın qısa siyahısına “Sportinq”in baş məşqçisi Ruben Amorim və “Brayton”u çalışdıran Roberto De Zerbi daxildi.

Qeyd edək ki, Xabi Alonsonun “Bayer”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest