“Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycanda bir ayda nə qədər pul xərclədiyini açıqlayıb. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper bunun təxminən 4000-5000 avro olduğunu bildirib.

“Mənzil üçün 1500, avtomobilə isə 1000 avro lazımdı. Uşaq bağçası məsələsi cəfəngiyatdı, uşağım çox getmir. Benzin normal qaydada istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq demək çətindi. Hər şey daxil olmaqla təxminən 4000-5000 avroya çıxır”.

Qeyd edək ki, “Qarabağ”a ötən yay keçən Andrey Lunyov cari mövsüm Premyer Liqada 26, Avropa Liqasında isə 10 oyun keçirib, qapısında 35 qol buraxıb. Qolkiperin sözləşməsi mövsümün sonuna kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest