29 Mart 2024, 12:54
FUTBOL
“Qarabağ”ın qapıçısı Andrey Lunyov futbol qaydalarında dəyişiklik edilməsini istəyir. Matc.az xəbər verir ki, bunu rusiyalı futbolçu özü ölkəsinin mətbuatına açıqlamasında deyib.
32 yaşlı oyunçu qapıçılarla bağlı qaydanın dəyişdirilməsinin tərəfdarıdı: “Penaltilər zamanı xətlə bağlı olan qaydalar hücumçuların xeyrinədir. Zərbə zamanı irəliyə doğru addım atmaq mümkün olsaydı və ya cüzi tullanmaya icazə verilsəydi, az-çox normal olardı”.
Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində “Bayer”dən keçib.