29 Mart 2024, 15:38
FUTBOL
Todd Bouli 2027-ci ildə “Çelsi”nin sədri vəzifəsini tərk edəcək. Matc.az xəbər verir ki, London klubunun amerikalı şərikləri hər beş ildən bir İdarə Heyətinin sədri vəzifəsini dəyişəcəkləri barədə müqavilə bağlayıblar.
Klubun 2022-ci ildə alınmasından sonra bu vəzifəyə başlayan Todd Bouli 2026-27 mövsümünün sonunda postundan ayrılacaq. Bu vəzifəni “Clearlake Capital” investisiya şirkətinin liderlərindən olan Behdad Eqbali və ya Xose Feliçianonun tutacağı gözlənilir. “Clearlake Capital” paytaxt təmsilçisinin səhmlərinin 61,5%-nin sahibidi.
Todd Bouli öz səhmlərini saxlasa, 2032-ci ildə yenidən sədr vəzifəsinə qayıda bilər.