29 Mart 2024, 16:37
FUTBOL
“Atletiko Paranaense”nin qapıçısı Bento Avropaya köçməyə yaxındı. Matc.az xəbər verir ki, 24 yaşlı qolkiper Top-klublarının diqqətini çəkib.
Söhbət konkret olaraq “Çelsi” və “İnter”dən gedir. Adıçəkilən komandalar növbəti mövsüm çərçivəsini məhz Bentoya həvalə etmək niyyətindədi. O, İngiltərə ilə yoxlama oyununda (1:0) Braziliya millisində debüt edib.
Qeyd edək ki, “Atletiko Paranaense” daha əvvəl 15 milyon avro qarşılığında qapıçısını satmaq təklifini rədd etmişdi.