Zlatan İbrahimoviç ideal komandasını 7 futbolçudan ibarət toplayıb. Matc.az xəbər verir ki, İsveç millisinin sabiq hücumçusu və “Milan” sahibinin müşaviri “Krallar Liqası” komandaları arasında dünya çempionatının prezidentidi.

O, turnir üçün simvolik ideal komandasını formalaşdırıb. Buraya 7 futbolçu daxil olub ki, bunlar Canluici Buffon, Alessandro Nesta, Tiaqo Silva, Xavi, Zinəddin Zidan, Ronaldinyo və Ronaldodu.

İbrahimoviç özünü heyətə daxil etməməsinin səbəbini də açıqlayıb: “Mən komandanın bir hissəsi deyiləm, aslanam və insanlarla oynamıram. Məşqçi, prezident olacağam və yalnız kimsə yorulduğu halda oynayacağam”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest