"Napoli" hücumçu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa yaxındır.
 
Matc.az xəbər verir ki, mövsümün sonuna qədər futbolçu ilə klub prezidenti Aurelio De Laurentiis arasında bu məsələ ilə bağlı görüş nəzərdə tutulub.
 
Gürcü forvardın maaşı mövsümdə 1,5 milyon avrodan 4,5 milyona yüksələ bilər. Tərəflər hələ yeni sözləşmənin müddəti ilə bağlı razılığa gəlməlidirlər. Bu müddət 2028 və ya 2029-cu ilə qədər ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest