30 Mart 2024, 12:00
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 30-cu turunun "Arsenal"la oyunu öncəsi zədəli futbolçuların durumu haqda danışıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2 oyunçunun oyunu buraxacağını bildirib:
"Manuel Akanji "Arsenal"la qarşılaşmaya 100% hazır olacaq. Con Stounz və Kayl Uoker isə bu görüşdə oynamayacaq".