30 Mart 2024, 13:18
FUTBOL
Hücumçu Mauro İkardi bu yay "Qalatasaray"ı tərk edə bilər.
Matc.az xəbər verir ki, "Əl-Hilal" argentinalı ilə müqavilə bağlamaqda maraqlıdır və artıq forvardın transferi üçün rəsmi təklif hazırlayır.
İkardi bu mövsüm "cim-bom"un heyətində 38 matça çıxıb, 23 qol vurub və 11 məhsuldar ötürmə verib.