30 Mart 2024, 15:38
FUTBOL
"Arsenal" "Leypsiq"də icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsla yaxından maraqlanır.
Matc.az xəbər verir ki, Kilian Mbappenin bu yay Paris klubundan ayrılması ilə parislilər niderlandlını saxlamaq üçün səy göstərəcək. Mbappedən sonra Paris klubu əsas oyunçularını buraxmaq niyyətində deyil.
Bu mövsüm Simons Almaniya klubu üçün 36 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.