30 Mart 2024, 17:00
FUTBOL
"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmkarı barədə xoş sözlər səsləndirib:
"Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Mən onunla işləməkdən həzz alırdım. Zəka, komandanı idarə etmə tərzi, inanılmaz iş etikası, insanların görmədiyi pərdə arxasında çox şey edir".
Xatırladaq ki, Arteta 2016-2019-cu illərdə "Mançester Siti"də Qvardiolanın köməkçisi vəzifəsində çalışıb.