30 Mart 2024, 20:00
FUTBOL
"Bavariya" hazırda Almaniya millisinə rəhbərlik edən Yulian Nagelsmannı geri qaytarmaq variantını araşdırır.
Matc.az xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl artıq 36 yaşlı mütəxəssisin təmsilçiləri ilə əlaqə saxlayıb, onun kluba qayıtması məsələsini müzakirə edib.
Xatırladaq ki, Nagelsmann 2021-ci ilin iyulundan 2023-cü ilin martına kimi “Bavariya”nı çalışdırıb.