"Liverpul" cari mövsümün sonunda komandadan ayrılacaq Yurgen Kloppun yerinə yeni mütəxəssis axtarır.
 
Matc.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçi postuna namizədlərdən biri də "Sportinq"dən Ruben Amorimdir.
 
Bu mövsümün sonunda məşqçinin müqaviləsində 15 milyon avroluq sərbəst qalma maddəsi aktivləşdiriləcək, 2025-ci ilin yayında isə bu məbləğ 10 milyona düşəcək.
 
Mersisaydlılar üçün digər variant isə “Brayton”dan Roberto De Zerbidir. Bu halda söhbət təxminən 14 milyon avrodan gedəcək.
 
Bundan başqa, Premyer Liqa təmsilçisi Avro-2024-dən sonra Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanı dəvət etmək barədə düşünür.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest