"Oyun dinamik keçdi. Azarkeşlər üçün qarşılıqlı hücum şəraitində keçən maraqlı oyun oldu. Heç bir komanda kompromisə getmək istəmirdi"

"Səbail" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
 
Matc.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
 
"Düşünürəm ki, maraqlı oyun izlədik hər birimiz. Əvvəldən deyim ki, oyunun nəticəsini ədalətli sayıram. Hər iki komanda uduza dabilərdi, uda da bilərdi. "Turan Tovuz" inkişaf edən komandadır. Onların yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu. Oyun dinamik keçdi. Azarkeşlər üçün qarşılıqlı hücum şəraitində keçən maraqlı oyun oldu. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatımın sonunda bizə kömək edəcək". (sportal)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest