Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Matc xəbər verir ki, son oyun Sumqayıtda baş tutub.
"Araz-Naxçıvan" "kimyaçılar"ın qonağı olub. Görüş "Gənclik şəhəri" təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" "Neftçi"yə (0:1), "Kəpəz" "Qarabağ"a (1:6), "Sabah" isə "Zirə"yə öz meydanında uduzub. "Səbail" "Turan Tovuz"la xalları yarıya bölüb.
Azərbaycan Premyer Liqası
XXVIII tur
31 mart (bazar)
"Sumqayıt" – "Araz-Naxçıvan" 1:0
Qol: Ninqa, 7
Baş hakim: Kamranbəy Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala