31 Mart 2024, 10:35
FUTBOL
Çempionlar Liqasının 2024/25 mövsümündə Almaniyanı təmsil edəcək ilk klub müəyyənləşib.
Matc.az xəbər verir ki, bu uğura ilk olaraq “Bayer” imza atıb.
Çempionatın hazırkı lideri 27-ci turda “Hoffenhaym” üzərində qələbədən (2:1) sonra xalını 73-ə çatdırıb. Bununla da Leverkuzen təmsilçisi ilə 5-ci pillədəki komanda arasında xal fərqi 23-ə yüksəlib və “Bayer” ÇL-ə vəsiqəni təmin edib.