UEFA Çempionlar Liqasının 2022-ci ildə "Real" və "Liverpul" komandaları arasında keçirilmiş  final oyunundan əvvəl baş verən hadisələrlə bağlı yeni qərar verilib.
 
Matc.az xəbər verir ki, müstəqil araşdırma nəticəsində "Liverpul" azarkeşləri təzminat almaq hüququ qazanıblar.
 
UEFA-nın sifarişi ilə həyata keçirilən müstəqil araşdırmada daha əvvəl oyunöncəsi hadisələrdə günahkar bilinən “Liverpul” azarkeşlərinə bəraət verilib və bilet pulları geri qaytarılıb. UEFA-dan verilən yeni açıqlamada finaldan öncə xəsarət aldığını iddia edən azarkeşlərlə razılığa gəlindiyi və təzminat ödəniləcəyi açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest