31 Mart 2024, 15:15
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin gələcəyi haqda danışıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunun klubda qalacağına inandığını bildirib:
"Ümid edirəm ki, Mbappe PSJ-də qalacaq. O, hələ rəsmi olaraq heç nə açıqlamayıb. Mbappe fikrini dəyişə bilər, niyə olmasın? Təsəvvür edin ki, 4 titul qazansaq və Mbappe PSJ-də qalmağa qərar verərsə. Niyə də yox?"