"Barselona"nın vitse-prezidenti Rafa Yuste klubun baş məşqçisi Xavi ilə uzunmüddətli əsasda əməkdaşlığı davam etdirmək niyyətində olduğunu açıqlayıb.
 
Matc.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin klubda qalacağına inandığını bildirib:
 
"Ümid edirəm ki, o, bizimlə qalacaq, çünki biz 1 və ya 2 mövsüm üçün nəzərdə tutulmayan uzunmüddətli layihəni müzakirə edirik. Xavini razı salmağa çalışacağıq, amma qərar onundur".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest