01 Aprel 2024, 09:44
FUTBOL
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva daha bir təyinat alıb. Matc.az xəbər verir ki, UEFA ona qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu həvalə edib.
Ağayeva C liqasının 5-ci qrupunda keçiriləcək Lüksemburq – Albaniya görüşünün UEFA nümayəndəsi olacaq. Qarşılaşma Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda baş tutacaq.
Qeyd edək ki, aprelin 5-də keçiriləcək oyun saat 21:30-da start götürəcək.