“Mançester Siti” 57 oyundan sonra ilk dəfə “Etihad” stadionunda qol vura bilməyib. Matc.az xəbər verir ki, seriya İngiltərə Premyer Liqasının XXX turunda “Arsenal”la görüşdə qırılıb.

“Şəhərlilər” doğma arenadakı matçda rəqiblə qolsuz bərabərə qalıb – 0:0. Pep Qvardiolanın yetirmələri buna qədər keçirdiyi 57 ev qarşılaşmasının hamısında rəqib qapısına yol tapa bilmişdi.

Mançester təmsilçisi sonuncu dəfə 754 gün əvvəl - 2022-ci il martın 9-da öz meydanında Çempionlar Liqasının “Sportinq”lə oyununda qol vura bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest