“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb. İbrahimli bu görüşlərdə 5 qola imza atıb.

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.

İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015-16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest