Cud Bellinqem bu mövsüm “Real”ın heyətində 10-cu assisti edib. Matc.az xəbər verir ki, braziliyalı hücumçu La Liqanın XXX turunda “Atletik”in (2:0) qapısına vurulan ikinci qolda Rodriqoya məhsuldar ötürmə verib.

İngiltərəli yarımmüdafiəçi bu mövsüm “kral klubu”nun heyətində bütün matçlarda qol+assist sistemində (20 qol, 10 məhsuldar ötürmə) 30-cu xalını qazanıb.

Bellinqem cari mövsüm 10 və ya daha çox qol vuran, eyni zamanda 10 və ya daha çox məhsuldar ötürmə verən ilk La Liqa oyunçusu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest