“Real”ın 3 futbolçusu bu mövsüm 15 və daha çox qol vurub. Matc.az xəbər verir ki, son olaraq “kral klubu”nun hücumçusu Rodriqo La Liqanın XXX turunda “Atletik”lə qarşılaşmada dubla imza atıb.

Bu, braziliyalı forvardın cari mövsüm bütün turnirlərdə 15-ci qolu olub. Onun komanda yoldaşları Cud Bellinqem 20, Vinisius Junior isə 18 dəfə rəqib qapılarına yol tapıb.

Maraqlıdı ki, bu mövsüm “Top-5” liqada yer alanlar arasında yalnız “Real” və “Mançester Siti”nin 3 fərqli oyunçusu 15 və ya daha çox qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest