01 Aprel 2024, 11:39
FUTBOL
Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Monteneqro - Andorra oyunu Azərbaycandan olan hakimlər briqadasına həvalə olunub. Matc.az xəbər verir ki, aprelin 5-də baş tutacaq görüşü UEFA Fəridə Lütfəliyevaya tapşırıb.
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Maltalı Yoanna Vassallo dördüncü hakim funksiyasını icra edəcək.
C liqasının 3-cü qrupu çərçivəsindəki qarşılaşma Monteneqronun paytaxtı Podqoritsadakı “Qradski Podqoritsa” stadionunda reallaşacaq.