01 Aprel 2024, 12:17
FUTBOL
Tomas Tuxel “Bavariya”nın “sükanı arxası”nda keçirdiyi oyunların, demək olar ki, 1/4-də uduzub. Matc.az xəbər verir ki, onun komandası son olaraq Bundesliqanın XXVII turunda Dortmund “Borussiya”sına 0:2 hesabı ilə məğlub olub.
Bu, münhenlilərin çalışdırıcısının bu postda 50-ci görüşü olub. Tuxelin rəhbərliyi altında komanda bütün turnirlərdə 12-ci yenilgisini alıb. Yəni Tuxel indiyədək keçirdiyi matçların 24 faizində uduzub.
Bu, “Bavariya”nın oyunlarının 41,2%-ni (7/17) uduzduğu Seren Lerbidən (1991-1992) sonra ən uğursuz nəticədi.