“Barselona”nın sabiq müdafiəçisi Dani Alveşin həbsdən çıxmasına kömək edən təzminatı Braziliyanın məşhur jurnalı ödəyib. Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Həmin nəşrin mühüm şəxsiyyətlər haqqında mükəmməl reportajları ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanındığı bildirilib. Təzminat Alveşin həyatı ilə bağlı eksklüziv hesabat müqabilində verilib. Danışıqlar, keçmiş braziliyalı futbolçunun hekayəsini işıqlandıracaq sənədli video formatında müsahibənin aparılmasını əhatə edib.

Əvvəllər futbolçu üçün depozitin “Atletiko”nun hücumçusu Memfis Depay tərəfindən ödənildiyi güman edilirdi. Lakin niderlandlı forvardın meneceri bunu təkzib edib.

Qeyd edək ki, Dani Alveş Barselonadakı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də saxlanılan keçmiş müdafiəçi 4,5 illik həbs cəzasına məhkum edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest