01 Aprel 2024, 13:31
FUTBOL
“Çelsi”nin futbolçuları baş məşqçi Mauritsio Poçettinonun fəaliyyətindən narazıdı. Matc.az xəbər verir ki, bəzi oyunçular argentinalı mütəxəssisin istefaya göndərilməsi xahişi ilə rəhbərliyə müraciət edib.
London təmsilçisi son olaraq Premyer Liqanın XXX turunda “Bernli” ilə 2:2 hesablı heç-heçə edib. Bir neçə futbolçu 52 yaşlı çalışdırıcının mövsümün sonunda komandadan ayrılmasını istəyir. Onlar baş məşqçi dəyişikliyi ilə bağlı mövqelərini bildiriblər. “Çelsi” hazırda 40 xalla 11-ci yerdədi.
Qeyd edək ki, Mauritsio Poçettino mövsümün əvvəlində “Çelsi”nin sükanı arxasına keçib.