Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstanla keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, aprelin 5-də baş tutacaq qarşılaşma İngiltərədən olan referilərə tapşırılıb.

Macarıstandakı matçı Kirsti Doul idarə edəcək. Ona Sofi Denninqton və Rubi Saykes kömək edəcək. Dördüncü hakim funksiyasını Emili Hislip yerinə yetirəcək.

Qeyd edək ki, B liqasının l qrupunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest