“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə “Fotomac” nəşri məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı almaniyalının xidmətində “Qalatasaray” maraqlıdı. İstanbul təmsilçisinin hətta Gündoğanın menecerləri ilə ilkin razılığa gəldiyi vurğulanıb. Futbolçu özü də Kataloniya təmsilçisini tərk etməyi planlaşdırır.

Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm 43 oyunda 5 qol vurub, 10 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest