“Real” qapıçısı Andrey Luninə yeni müqavilə təklifi hazırlayıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi ukraynalı qolkiperlə anlaşacağına əmindi.

“Kral klubu” Tibo Kurtua zədədən sağaldıqdan sonra gələn mövsüm yenidən əsas qapıçı olsa belə, Lunini öz layihəsinin bir hissəsi kimi görür. Bu üzdən onu uzun müddət heyətdə saxlamaqda maraqlıdı.

Qeyd edək ki, 25 yaşlı Lunin 2018-ci ildə “Zorya”dan 8,5 milyon avroya “Real”a keçib. O, bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 19 qol buraxıb. Futbolçunun “kral klubu” ilə müqaviləsi gələn ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest