01 Aprel 2024, 17:51
FUTBOL
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin Premyer Liqanın XXX turunda keçirilən “Mançester Siti” – “Arsenal” oyunundan (0:0) sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, mütəxəssis birincilərin hücumçusu Erlinq Halandın çıxışına ayrıca münasibət bildirib.
O, norveçlinin oyununu bərbad adlandırıb: “Halandın oyun səviyyəsi çox pisdir. Qollara görə dünyanın ən yaxşısıdı, amma ümumilikdə oyunu dəhşətlidi. O, dördüncü liqa futbolçusu kimi oynayır”.
Qeyd edək ki, Erlinq Haland cari mövsüm vurduğu 18 qolla Premyer Liqada bombardirlər yarışına başçılıq edir.