Transfer qiymətlərinin yaz yenilənməsinin nəticələrinə əsasən, dünyada ən çox dəyər itirən 10 futbolçu açıqlanıb. Matc.az xəbər verir ki, bazar qiyməti 15 milyon avro azalan “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix siyahıya başçılıq edir.
Ən çox dəyər itirənlər:
1. Coşua Kimmix (“Bavariya”: -15 milyon avro itki) – qiyməti 60 milyon
2-3. Moyzes Kaysedo (“Çelsi”: -10 milyon) – 80 milyon
2-3. Pedri (“Barselona”: -10 milyon) – 80 milyon
4-6. Frenki de Yonq (“Barselona”: -10 milyon) – 70 milyon
4-6. Leroy Sane (“Bavariya”: -10 milyon) – 70 milyon
4-6. Randal Kolo Muani (PSJ: - 10 milyon) - 70 milyon
7-8. Markus Reşford (“Mançester Yunayted”: -10 milyon) – 60 milyon
7-8. Alfonso Devis (“Bavariya”: -10 milyon) – 60 milyon
9-10. Dayot Upamekano (“Bavariya”: -10 milyon) – 50 milyon
9-10. Jül Kunde (“Barselona”: -10 milyon) – 50 milyon.
Həmçinin transfer dəyərini ən çox artıran futbolçular da müəyyənləşib. Reytinqin lideri “Mançester Yunayted”in 18 yaşlı yarımmüdafiəçisi Kobbi Mainudu. Gənc futbolçunun bazar dəyəri 29 milyon avro artaraq 35 milyon avroya çatıb.
Dəyəri ən çox artanlar:
1. Kobbi Mainu (“Mançester Yunayted”: +29 milyon) – 35 milyon
2. Pau Kubarsi (“Barselona”: +23,5 milyon) – 25 milyon
3. Aleksandar Pavloviç (“Bavariya”: +23 milyon) – 25 milyon
4. Fil Foden (“Mançester Siti”: +20 milyon) – 130 milyon
5. Samuel Omorodion (“Alaves”: +20 milyon) – 40 milyon
6. Kənan Yıldız (“Yuventus”: +20 milyon) - 30 milyon
7. Tiaqo Rodriges (“Brügge”: +19 milyon) – 25 milyon
8. Lamin Yamal (“Barselona”: +15 milyon) – 75 milyon
9. İvan Toney (“Brentford”: +15 milyon) – 50 milyon
10. Leni Yoro (“Lill”: +15 milyon) – 40 milyon