“Barselona”nın müdafiəçisi İniqo Martineslə klubun azarkeşləri arasında qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, bunu əks etdirən video yayılıb.

Belə ki, futbolçu avtomobili ilə məşq kompleksinin yanından keçərkən onu qarşılayan bir qrup gənc azarkeş Martinesə gülmək qərarına gəlib. Buna qəzəblənən 32 yaşlı oyunçu avtomobildən düşərək onlardan biri ilə mübahisə edib.

Martines hətta fanatı bu sözlərlə hədələyib: “Axırıncı dəfə mənə axmaq deyirsən, məni təhqir edirsən. Həmçinin, dostun da. Özünə bu qədər arxayın olma”.

Qeyd edək ki, İniqo Martines “Barselona”ya ötən il “Atletik”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest