02 Aprel 2024, 12:14
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsini sağaltmasından danışıb. Matc.az xəbər verir ki, gənc futbolçu yaşıl meydanlara qayıtmasının konkret tarixinin hələ məlum olmadığını bildirib.
21 yaşlı oyunçu bunu tezləşdirməyə çalışdığını söyləyib: “Hələlik qayıtmağım üçün konkret tarix yoxdu, lakin hazırda hər şey çox yaxşı gedir. Ümid edirəm ki, tezliklə qayıdacağam. Psixoloji cəhətdən tamamilə yaxşıyam. Sağalma prosesi uğurlu gedir və yalnız geri qayıtmaq və futboldan həzz almaq barədə düşünürəm”.
Qeyd edək ki, Pedri İspaniya çempionatının XXVII turunda “Atletik”lə oyununda (0:0) zədələnmişdi.