AFFA-nın baş katibi Assosiasiyanın Konfransında hesabat xarakterli çıxışında 2023-cü ildə Azərbaycan futbolunda baş verən hadisələrdən bəhs edib.

“Ötən hesabat ilində Xankəndi şəhərində Azərbaycan Kubokunun oyunu keçirildi. Bu, işğaldan azad olunan torpaqlarda uzun illərdən sonra ilk görüş idi. "Qarabağ"la MOİK arasında oyun Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazıldı. Həmin günü daha da mötəbər edən məqam Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qatılmışdılar”. Matc.az xəbər verir ki, bunu AFFA-nın ba katibi Sərxan Hacıyev deyib.

O, Assosiasiyanın Konfransında hesabat xarakterli çıxışında 2023-cü ildə Azərbaycan futbolunda baş verən hadisələrdən bəhs edib.

Sərxan Hacıyev ən əlamətdar hadisə kimi 30 illik fasilədən sonra işğaldan azad olunan ərazilərdə rəsmi futbol matçının keçirilməsini qeyd edib.

Baş katib "Qarabağ"ın 2023/2024 mövsümündə Avropa Liqasındakı parlaq çıxışına da toxunub: "Azərbaycan futbolu ötən il "Qarabağ"ın uğuru ilə bağlı oldu. Bunu Azərbaycan futbolunun uğuru kimi də qələmə vermək olar. "Qarabağ" yeni tarix yazaraq, Avropa Liqasında 1/8 finala qədər irəlilədi. Bu, Azərbaycan futbol tarixində xüsusi iz oldu. Həmçinin, qadınlardan ibarət millimiz də yeni tarix yazdı. Komandamız ilk dəfə qrup mərhələsində birinci yeri tutdu, B Liqasına vəsiqə qazandı”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest