Lion “Olimpik”inin yetirməsi olan Yassin Benzia Fransada “Lill” və “Dijon”un da formasını geyinib. 29 yaşlı pleymeykerin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Fransaya qayıda bilər. Matc.az xəbər verir ki, Liqa 1 klubları onunla maraqlanır.
 
“Qarabağ”ın heyətində, xüsusən də, Avropa Liqasında parlaq oyun nümayiş etdirən Benzia Əlcəzair millisinə dönüşünü də qollarla qeyd edib. Bu isə Fransa komandalarının diqqətindən yayınmayıb. Yerli KİV-in iddiasına görə, bəzi klublar yayda onun transferi üçün “Qarabağ”la əlaqə saxlamağı planlaşdırır.
 
Qeyd edək ki, Lion “Olimpik”inin yetirməsi olan Yassin Benzia Fransada “Lill” və “Dijon”un da formasını geyinib. 29 yaşlı pleymeykerin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest