AFFA-nın İşçi Qrupu milli komandanın baş məşqçi postuna namizədlərin siyahısını tamamlayıb. Matc.az xəbər verir ki, bu barədə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında məlumat verib.
 
"Ancaq yığmanın baş məşqçisi məsələsi müzakirə olunacaq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Bu, yerli və ya əcnəbi ola bilər. Gələcək məşqçi məsələsində bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq. Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq", - deyə AFFA prezidenti vurğulayıb.
 
report
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest