“Rəqib isə daha iki qol vurdu. Ondan sonra oynamaq çətinləşdi. İkinci yarıda bir az yaxşı oynadıq. Bu da anlaşılandır“.

Erkən qol buraxdıq. Bundan sonra oyuna qayıtmaq çətindir. 

Matc.az xəbər verir ki, bunları "Neftçi"nin baş məqşçisi Miodraq Bojoviç "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis birinci qoldan sonra hesabı bərabərləşdirmək istədiklərini, lakin bacarmadıqlarını söyləyib: "Rəqib isə daha iki qol vurdu. Ondan sonra oynamaq çətinləşdi. İkinci yarıda bir az yaxşı oynadıq. Bu da anlaşılandır. Çünki "Qarabağ" üç qol vurmuşdu və rahat idi". 

Monteneqrodan olan baş məşqçi Emin Mahmudovun start heyətdə yer almamasına aydınlıq gətirib: "Onun zədəsi var. Risk etmək istəmirdik. Çempionat bizim üçün önəmlidir. Onu "Sumqayıt"la görüşə saxlamaq istəyirdik. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest