Azərbaycan Kubokunda yarımfinal mərhələsi çərçivəsində bu gün ikinci oyun keçirilib. Matc.az xəbər verir ki, “Zirə” turnirin son qalibi “Qəbələ”ni qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı baş tutan görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, dünən keçirilən digər cütdə “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə üstələyib.
Ölkə kubokunda cavab oyunları aprelin 24-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyun
3 aprel
“Zirə” - “Qəbələ” 2:1
Qol: Salifu Suma, 51. Rafael Utziq, 66 - Abu Akel, 90
Baş hakim: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 70. İssa Cibrila, 6. Eldar Quliyev