“Brayton” ötən mövsüm İngiltərə klubları üçün rekord gəlir əldə edib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 2022-23 mövsümündə vergidən sonra 122,8 milyon funt sterlinq qazanc götürüb.

İngiltərə klubları arasında əvvəlki rekord “Tottenhem”ə məxsus idi. Londonlular 2017-18 mövsümündə 113 milyon funt-sterlinq büdcəsinə əlavə etmişdi.

Mənfəətin əhəmiyyətli hissəsi Aleksis Makallisterin “Liverpul”a və Mark Kukurellanın “Çelsi”yə transferi, həmçinin baş məşqçi Qrem Potterin “Çelsi”yə keçidi üçün alınan 22 milyon funt-sterlinq təzminat hesabına əldə olunub.

Hətta 2023-cü ilin yayında Moyzes Kaysedonun 115 milyon, Robert Sançesin isə 25 milyon funt-sterlinqlik transferləri göstərilən müddətdə nəzərə alınmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest