03 Aprel 2024, 10:57
FUTBOL
“Yuventus”un və İtaliya millisinin əfsanəvi futbolçusu Corcio Kyellini ən güclü komanda yoldaşları ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, 39 yaşlı keçmiş müdafiəçi iki oyunçunu xüsusi fərqləndirib.
“Birlikdə oynadığım ən güclü futbolçulardan bəziləri Buffon və Ronaldodu. Buffon futbol tarixinin ən yaxşı qapıçısıdı. Kriştiano isə sizin baxış bucağınızdan asılı olaraq, idman tarixinin iki, üç, dörd və ya beş ən yaxşı oyunçusundan biridi. O, şübhəsiz ki, böyük futbolçular sırasındadı”, - deyə Kyellini söyləyib.
Qeyd edək ki, ötən il “Los Anceles”də olarkən karyerasını bitirib.