“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiola haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqadakı rəqibini dünyanın ən yaxşısı adlandırıb.

“Mənim üçün Pep dünyanın ən yaxşı məşqçisidi. Onun İspaniyada və İngiltərədəki işini təhlil edərək, onun parlaq mütəxəssis olduğu qənaətinə gəldim”.

“Mançester Siti” Premyer Liqada 29 oyundan sonra 64 xalla üçüncüdü. “Aston Villa” isə 30 oyundan sonra 59 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. İspaniyalı mütəxəssisin klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest