03 Aprel 2024, 12:56
FUTBOL
Azərbaycan millisinin futbolçusu Sertan Taşkının formasını geyindiyi “Manisa” klubu baş məşqçisi Mustafa Dalcı ilə vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Türkiyənin I Liqa təmsilçisi 50 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verib. Buna səbəb komandanın çempionatda uğursuz nəticələr göstərməsidi.
Qeyd edək ki, Sertan Taşkının ilin əvvəlində keçdiyi “Manisa” hazırda 13-cü pillədə qərarlaşıb.