03 Aprel 2024, 13:57
FUTBOL
Azərbaycan Premyer Liqasının XXIX turunda keçiriləcək “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən Tovuz şəhər stadionunun kassasından əldə edə bilərlər.
Eyni zamanda şəhərin mərkəzində də satış məntəqəsi var. 2 manatlıq biletlərlə yanaşı, məhdud sayda olan 5 manatlıq VİP biletlər də satışdadı.
Görüşdən sonra “Turan Tovuz”un rəsmi tərəfdaşı “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.
Qeyd edək ki, aprelin 6-da keçiriləcək oyun saat 16:00-da başlayacaq.