Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov ciddi zədə alıb. Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu uzun müddət komandası Berlin “Dinamo”suna kömək edə bilməyəcək.

O, komandanın məşqi zamanı xəsarət alıb. Komanda yoldaşı ilə toqquşan Rüfətin dizi burxulub. Futbolçu yaxın günlərdə MRT-dən keçəcək. Lakin ilkin diaqnoza görə, dizində çat əmələ gəlib. Bu, müayinə zamanı təsdiqlənsə, Dadaşov təxminən 6 ay futbolsuz qalacaq.

Qeyd edək ki, Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” Almaniyanın Regionalliqasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest