03 Aprel 2024, 14:20
FUTBOL
Kamerun millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, yerli idman nazirliyi bununla bağlı məlumat yayıb.
Bildirilib ki, Mark Bris Afrika təmsilçisinin çalışdırıcısı təyin olunub. Lakin 61 yaşlı mütəxəssislə müqavilənin detalları barədə əlavə məlumat verilməyib. Bris bu postda Riqober Sonqu əvəzləyib.
Qeyd edək ki, Riqober Sonqu fevralda istefaya göndərilib.