“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz” oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komandanın bir zədəli oyunçusu sıraya dönüb. Son iki görüşdə iştirak etməyən braziliyalı müdafiəçi İqor Ribeyro kollektivə qoşulub.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz” oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komandanın bir zədəli oyunçusu sıraya dönüb.

Son iki görüşdə iştirak etməyən braziliyalı müdafiəçi İqor Ribeyro kollektivə qoşulub. Ancaq onun qarşıdakı matçda iştirakı hələ də sual altındadı. Ribeyronun durumuna oyun günü aydınlıq gələcək.

“Sumqayıt”la oyunda zədələnən Aksel Nqandonun müalicəsi isə davam edir.

Qeyd edək ki, aprelin 5-də “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest